Müğənni Hülya Avşarla iş adamı Qaya Çilingiroğlunun qızı Zəhra 18 yaşını üç gün, üç gecə qeyd edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün Qaya bütün ailə üzvlərini bir araya toplayaraq qızına yenidən ad günü keçirib. Partidə Q.Çilingiroğlunun Fərayə Tanyolaçla evliliyindən olan oğlu Qaya da iştirak edib. Ad günündən fotoları sosial şəbəkədə H.Avşar paylaşıb.

Bu arada, Hülyanın qızına 400 min lirəyə (təxminən 207 min manat) aldığı "Range Rover Evoque" avtomobilinin istifadəsinə Qaya tərəfindən qadağa qoyulub. Belə ki, Zəhra sürücülük vəsiqəsini alıb özünü peşəkar sürücü kimi təsdiqləməyincə maşınından istifadə edə bilməz.
Milli.Az

Qızına bahalı hədiyyə aldı, əri yasaqladı - FOTO
Qızına bahalı hədiyyə aldı, əri yasaqladı - FOTO