Məhkəmənin hökmü ilə Q.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə Bakıda baş verib. Qasım Əsədov qohumu Əli Şıxəliyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Q.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Q.Əsədov içkili vəziyyətdə qohumuna bıçaq zərbəsi endirib. Ə.Şıxəliyev məhkəməyə ifadə verərkən şikayətçi olmadığını bildirib.
Q.Əliyev Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittaham olunub.