"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib.
İş üzrə məhkəmə yanvarın 19-da başlayacaq.
Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 31-dən avqustun 1-ə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.