Bakı, 18 yanvar, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-110 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 197 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir.
Yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda və Bankədə 2, Salyanda 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm, Şirvanda 325 sm, Salyanda 281 sm, Bankədə 217 sm, Araz çayının Novruzlu məntəqəsində isə 178 sm təşkil edir.