Bakı. Trend:

Qadın voleybolçulardan ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, “A” qrupunda mübarizə aparan Bakının “Lokomotiv” klubu digər təmsilçimiz “Azərreyl” komandasını qəbul edib.

Görüşün ilk hissəsi “Azərreyl”in 25:21 hesablı qələbəsi ilə başa çatıb. “Lokomotiv” ikinci hissədə dönüş edə bilib - 25:22. Üçüncü və dördüncü setlərdə də "Lokomotiv" üstün olub - 25:15, 25:14.

Beləliklə, “Lokomotiv” qrupda ikinci yeri tutaraq Çempionlar Liqasının play-off mərhələsinə yüksəlib.

Bizi Twitter-dən izləyin: @trend_az