"Telekanalın rəhbərliyi mənə zəng vurub dedi ki, işdən qovulmuşam. Səbəb kimi də yetərincə gözəl olmadığımı söylədilər. Bu, qanunsuzluqdur, hüquqlarımın kobud şəkildə pozulmasıdır. Məhkəməyə müraciət etmişəm".
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən "Əl Əxbəriyyə" (Al Ekhbariya) peyk telekanalının artıq sabiq teleaparıcı xanımlarından biri heç bir qanuni səbəb və əsas olmadan işdən qovulduğunu iddia edir.
Milli.Az Gulf News-a istinadən bildirir ki, telekanal onu ötən il işə qəbul etmiş və əmək müqaviləsi də imzalamışdı.
"Amma indi məni efirdən kənarlaşdırıblar. Guya halıma yanaraq mənə telekanalda katibə və ya mətbuat xidmətində əməkdaş vəzifəsi təklif ediblər. Qanunsuzluqdur. Telekanalla imzaladığım müqavilə Səudiyyə Ərəbistanında ənənəvi olan 3 aylıq sınaq müddətini nəzərdə tutmurdu. Ona görə də "Əl Əxbəriyyə" rəhbərliyi məni işdən çıxarmaqla hüquqlarımı kobud şəkildə pozub", - teleaparıcı söyləyib.
Ötən ay Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin qəbul etdikləri qərara görə, ölkədə fəaliyyət göstərən bütün telekanalların qadın əməkdaşları efirə çıxanda əyinlərində "əbayə", başlarında hicab olmalıdır.
Səudiyyə Ərəbistanının Ali Teleradio Şurasının üzvü Nura əl Ədvanın dediyinə görə, yeni qayda xarici ölkələrdə yerləşən və Səudiyyə Ərəbistanı ərazisinə verilişlərini translyasiya edən telekanallara da şamil olunacaq.
N. əl Ədvan bildirib ki, qaydanı pozan telekanal 10 milyon səudi rialı məbləğində cərimlənəcək.
Milli.Az




Videonu izləmək üçün şəklə klikləyin.
Ərəb telekanalında aparıcı qalmaqalı: "Sən gözəl deyilsən" - VİDEO - FOTOфото

Ərəb telekanalında aparıcı qalmaqalı: "Sən gözəl deyilsən" - VİDEO - FOTO
Ərəb telekanalında aparıcı qalmaqalı: "Sən gözəl deyilsən" - VİDEO - FOTO
Ərəb telekanalında aparıcı qalmaqalı: "Sən gözəl deyilsən" - VİDEO - FOTO