ANS PRESS-in məlumatına görə, “Real Madrid” “Sportinq” klubu ilə qarşılaşmada Zidan Xamesi 1-ci hissədən sonra oyuna salmaq istəyib.
Yarımmüdafiəçi Qaret Beyl oyunda zədə aldıqdan sonra fransalı mütəxəssis onu əvəz etmək istəyib. Zidan Xese ilə Xamesə isinmə hərəkətlər etməsini tapşırıb. Lakin kolumbiyalı ulduz məşqçinin tapşırığını həvəssiz yerinə yetirib. Nəticədə Beyli Xese əvəz edib.

Xames Rodriqes - futbolçu
Məlumata görə, Zidan Xamesin oyunu ilə razı deyil. Bildirilir ki, Xames məşqlərə ciddi yanaşmır. iddia olunur ki, komandanın əsas yarımmüdafiə xətti İskoya tapşırılacaq. Xames isə ehtiyatda olacaq.

Xese - futbolçu
İspaniya çempionatın 20-ci turunda “Kral" klubu 5:1 hesabı ilə “Sportinq”i darmadağın edib. “Real” 43 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb
"Real Madrid" - "Sportinq" 5-1

İspaniya çempionatın turnir cədvəli - ilk 6 komanda
Oyunda Madrid "Real"ı ciddi itki ilə üzləşib. "Kral" klubunun aparıcı futbolçusu Qaret Beyl sıradan çıxıb. Tibbi müayinə zamanı ulduz oyunçunun 3 həftə komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Kriştiano Ronaldo və Qaret Beyl