Bakı, 20 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Tariximizin qanlı, eyni zamanda, şanlı səhifəsi olan 20 Yanvar xalqımızın qəhrəmanlığını, dönməzliyini dünyaya bir daha nümayiş etdirib. Biz tariximizdən qürur duyuruq.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn, Azərbaycan Beynəlxalq Bankının (ABB) əməkdaşı Emin Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
E.Məmmədov deyib: “Vətən şəhidləri unutmayacaq, onların xatirəsi ürəklərdə əbədi yaşayacaq”.
ABB-nın əməkdaşı qəsbkar ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına inamını vurğulayıb.