Agentlik həmçinin qeyd edib ki, istiqraz sahiblərinin istiqrazları müddətindən əvvəl satmamaq kimi hüququ da var. Əgər istiqraz sahibləri məbləğin tam həcmində istiqrazları qaytarmaq qərarına gəlsələr belə, bu, SOCAR-ın ümumi borcunun 30 iyun 2015-ci il tarixinə sadəcə 6%-ə bərabər olacaq. Qeyd edək ki, SOCAR, istiqrazların nominal qiymətinin 102%-i qədər ödəmə təklif edib və təklifin son qüvvədə olma tarixi 26 yanvar, həyata keçirilmə tarixi isə 29 yanvardır.
Agentlik həmçinin qeyd edib ki, SOCAR, 30 iyun 2015-ci il tarixinə 2,7 mlrd. dollar nağd vəsaitlə möhkəm likvidliyə sahibdir ki, bunun da 89%-ni xarici valyutada vəsaitlər təşkil edib. Həmin tarixə SOCAR-ın borcu 8,2 mlrd. dollar təşkil edib ki, bunun da 91%-i xarici valyutadadır. Agentlik bildirib ki, SOCAR-ın qısamüddətli likvidlik mövqeyi onun borclarını təmamilə örtür.
Qeyd edək ki, "Moody's" SOCAR-ın kredit reytinqini "Ba1", reytinq üzrə proqnozu isə "stabil" səviyyəsində təsdiq edib.