Bakı, 12 fevral, Elvira Məmmədova, AzərTAc
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 2015-ci il üçün ilk nömrəsi çapdan çıxıb.
Universitetdən AzərTAc-a bildirilib ki, jurnalda iqtisadiyyat, tarix və sənətşünaslıq üzrə 15 məqalə dərc edilib. ATMU-nun rektoru, professor Cəfər Cəfərovun “Yeni yolda” yazısı jurnalın baş məqaləsidir. Məqalədə 2006-cı ildən 2015-ci ilədək Azərbaycan Turizm İnstitutunun keçdiyi inkişaf yoluna nəzər salınır və bu təhsil müəssisəsinin yeni statusda strateji fəaliyyət hədəfləri göstərilir.