Xalq artisti Səməd Səmədovun altıncı dəfə baba oldu.

ANS PRESS-in məlumatına görə, iki övlad atası olan xalq artisti Səməd Səmədovun altıncı nəvəsi dünyaya gəldi.

Onun Moskvada yaşayan oğlu Anar 3 qız atasıdır. Bu günlərdə isə qızı Xədicənin üçüncü övladı dünyaya gəlib.

Şəhərimizin klinikalarından birində dünyaya göz açan, çəkisi 3 kq 500 qr olan körpə qızdır. Xalq artistinin nəvəsinə Səfiyyə adı verilib.

Mənbə
ANS PRESS