Azərbaycanın pop divası Aygün Kazımova yeni klip çəkilişlərinə başlayıb.
Metbuat.az-ın məlumatına görə, dünyaca məşhur repçi Snoop Dogg-la çalışdığı “Coffee from Columbia” layihəsindən sonra Turkiyə şou biznesindən uzaqlaşan Kazımova azərbaycanca səsləndirdiyi “Səni belə sevmədilər” hitini türk dilində oxuyaraq yenidən qardaş ölkənin şou gündəminə giriş etməyi planlaşdırır.
Klipin çəkilişləri Bakıda türkiyəli heyət tərəfindən aparılır. Çıxış tarixi bəlli olmayan klipin Azərbaycan və Türkiyədə bəyəniləcəyi gözlənilir. Qeyd edək ki, “Seni belə sevmədilər” mahnısının sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsusdur.