Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova özü ilə bağlı yayılan şayiələrə son qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində İbrahim Tatlısəslə sevgili olmaları xəbərinə cavab verib:

“Deyirlər ki, İbrahim Tatlısəslə sevgiliyəm. O sözləri eşitdiyim zaman ağlıya-ağlıya İbrahim bəyə zəng vurdum. Dedi ki, “Allah onların bəlasın versin. Sən ədəbinlə, namusunla 18 ildir yanımdasan. Bu sənətdəsənsə, bir qurban verməlisən. Sən ilk qurbanı ödədin. Pis olma”. Sonra dedilər ki, ondan övladım var. İbrahim Tatlısəs mənim ikinci atam, qardaşım olub. Kim nə danışırsa, mənə önəmli deyil. Belə sözlər yazmayın. O dünyada cavabını necə verəcəksiniz?”.