Türkiyə Silahlı Qüvvələrinin inventarına yeni təyyarələrə əlavə edilir. ANS PRESS-in məlumatına görə, Türkiyə Quru Qoşunları və Xüsusi Təyinatlılar Komandanlığının ağır nəqliyyat vertolyotlarına olan ehtiyacını ödəmək üçün 2006-cı ildə Boeing şirkətinə sifariş etdiyi “Chinook” vertolyotlarının ilkin görüntüləri ortaya çıxıb.

Silahlı Qüvvələrə təslim ediləcək, ”Chinook” vertolyotlarının yaxın günlərdə təslim ediləcəyi gözlənilir. Daha əvvəl 6 ədəd sifariş olunan, “CH-47F” tipli ağır nəqliyyat vertolyotlarının Baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə təşkil edilən Müdafiə Sənaye İcra Komitəsinin iclasında daha 5 ədəd sifariş edilməsi haqqında qərar qəbul edilib.

Türkiyənin yeni hərbi helikoptelləri göz oxşayır (FOTO)
‘Chinook -CH 47F’ helikopteli

Sifarişlərdən 4-ü Baş qərargaha,1-i Milli Müdafiə Nazirliyinə verilməsi nəzərdə tutulur. VİP olaraq, sifariş edilən, zirehli hərbi vertolyotlardan fərqlənən, bir helikoptel Prezident administrasiyasına təhvil veriləcək. Bu helikoptellər dövlət rəsmilərinin fəaliyyətində istifadə ediləcək.

55 əsgər daşıya biləcək, bu helikoptellər hər cür hava şəraitində ağır tonajlı hərbi vasitələrin daşınmasını həyata keçirəcək.