Bakı, 27 yanvar, AZƏRTAC
"NBCbank" ASC və "Yunayted Kredit Bank" ASC yanvarın 27-də Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankların reyestrindən çıxarılıb.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, hər iki banka verilmiş şəhadətnamə ləğv edilib.