Yanvarın 28-dən Nizami Kino Mərkəzində 3D formatında "Kunq-Fu Panda" animasiya filminin, "Kocan kadar danış: Diriliş" və "13 saat" bədii filmlərinin nümayişi başlanıb.
Çin və Amerika istehsalı olan "Kunq-Fu Panda" cizgi filmini rejissorlar Alessandro Karloni və Cenifer Yu ailəvi komediya, döyüş və macəra janrında 3D formatında çəkiblər. Sloqanı: "Çəki itirildi". Yaş həddi: +6
İtmiş atasıyla birləşən Po şən həmqəbilələri ilə görüşə biləcək pandaların gizli cənnətinə yollanır. Amma tez bir vaxtda yaramaz Kay Çin üzrə olan bütün kunq-fu ustalarının ləğvinə başlayır.
Po, demək olar ki, imkansız iş görməlidir: şən, amma yöndəmsiz həmkəndlilərinə kunq-fu döyüş sənətini öyrədərək onları qüvvətli kunq-fu panda ordusuna çevirməlidir.
Filmdə rolları Cek Blek, Ancelina Coli, Dastin Hoffman, Ceki Çan, Set Roqen, Lyusi Lyu, Devid Kross, Ceyms Honq, Brayan Krenston, Keyt Hadson və başqa aktyorlar canlandırıblar.
Rejissor Maykl Beyin Çak Hoqanın ssenarisi əsasında çəkdiyi "13 Saat: Benqazinin sirli əsgərləri" filmi triller, hərbi dram və döyüş janrındadır. Sloqanı: "Hər şey əksinə gedəndə altı nəfər öz vicdanıyla hərəkət etdi". Yaş həddi: 18+
2012-ci il. Benqazi, Liviya. Bir dəstə terrorçu 11 sentyabr hadisələrini Amerika səfirliyinə hücum etməklə "qeyd "etmək istəyir. Alti nəfər elit xüsusi dəstədən olan əsgərə ən kritik anda müdaxilə etmək əmri verilib. Amma onlarla insan həyatı təhlükədədirsə, borc və vicdan subordinasiyanı üstələyir və cəsur əsgərlər düşünmədən, son döyüşləri olsa belə, bir dəstə terrorçuya qarşı döyüşə gedirlər.
Filmdəki rolları Con Krasinski, Ceyms Bec Deyl, Pablo Şrayber, Devid Denman, Dominik Fumusa, Maks Martini, Aleksiya Balyer, Devid Kostabayl, Peyman Moaadi, Mett Letçer və digər aktyorlar ifa ediblər.
AF Mediya şirkətinin təqdim etdiyi "Kocan kadar konuş: Diriliş" komediyasının rejissoru və ssenari müəllifi Kıvanç Baruönüdür. Yaş həddi: 6+
Əsl türk qızı qəliblərinə və nəsil boyu davam edən "nə deyərlər" qorxusuna meydan oxuyan Efsun sevdiyi oğlan Sinana eşq elanı edir və onlar toy hazırlıqlarına başlayırlar. Amma hər gənc qızın qorxusu Efsun və Sinanın da hekayəsinə kölgə salır: Ailələr...
Film ilk hissədə olduğu kimi tamaşaçıya əyləncəli hekayə və bol gülüş vəd edir.
Filmdəki obrazları aktyorlar Ezgi Mola, Murat Yıldırım, Hümeyra, Nevra Serezli, Gülenay Kalkan, Eda Ece, Begüm Öner, Gül Arıcı, Muhammet Uzuner, İsmail İncekara, Nilgün Kasapbaşoğlu, Hakan Salınmış, Enis Arıkan və başqaları canlandırıblar.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az