A–
Bakı, 1 fevral, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 22.7-ci maddəsinə müvafiq olaraq "Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, bu Qayda Milli Depozit Mərkəzinin idarə etdiyi depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin depozitar sisteminə ötürülməsi və hüquq əldə edənin hüquqlarını təsdiqləyən sənədlərin alınması prosedurunu, həmçinin elektron informasiya sistemlərinin təhlükəsizliyinə dair tələbləri müəyyən edir.