Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətində PKK qruplaşmasının üzvləri uzunlüləli silah istifadə etməklə polis idarəsinin binasına hücum ediblər.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi xəbərə əsasən, polis əməkdaşlarının göstərdiyi müqavimət nəticəsində PKK-lılar hadisə yerindən qaçıb.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Bizi Twitter-dən izləyin: @trend_az