Milli.Az bildirir ki, Türkiyənin "Takvim" qəzetində yazılan xəbərə görə, istehsalçılar "Muhteşem Yüzyıl Kösem" serialında çəkilən Beren Saat və Hülya Avşarın maaşını 15 min türk lirəsi azaltmaq istəyib. Lakin aktrisalar bu təklifi qəbul etməyiblər.

Mövcud vəziyyətdə aktrisalarla razılaşa bilməyən film istehsalçısı serial heyətindən 2 min lirə maaş alan bir neçə işçini vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, maaşların azaldılması istəyi filmin reytinqinin çox aşağı olması ilə əlaqədardır.

Milli.Az