A–
Bakı, 5 fevral, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-20.5-ci maddəsinə müvafiq olaraq "İnvestisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanması Qaydaları" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, bu qaydalar investisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanması qaydalarını müəyyən edir.