A–
Bakı, 8 fevral, AZƏRTAC
“Bank of Baku” yaranmasının 22-ci ildönümünü ilə əlaqədar silsilə kampaniyalara start verib. İlk kampaniya köhnə Bolkart kredit kart sahibləri üçün nəzərdə tutulub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Köhnə Bolkartını Gətir, Yenisini Apar" şüarı altında keçiriləcək kampaniya fevralın 9-dan 19-dək davam edəcək. Kampaniyanın şərtlərinə əsasən, bu tarixlərdə köhnə Bolkart kredit kart sahibləri banka yeni Bolkart əldə etmək üçün müraciət edərlərsə, kart hesablarına əlavə olaraq 20 AZN dəyərində bal qazanacaq, həmçinin birinci ilin xidmət haqqından azad ediləcəklər. 20 AZN ekvivalentində olan ballar kampaniya dövründə hədiyyə olunacaq.
Kampaniyadan sonrakı dövrdə fevralın sonunadək köhnə kartını yeni Bolkart kredit kartları ilə əvəz etmək istəyən müştərilərə bank birinci ilin xidmət haqqından azad olunmaqla rəsmiləşdirmə imkanı verir.
Yeni Bolkartı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə bankın istənilən filialına müraciət edə bilərlər.