Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda 2 min qadın mərkəzi küçələrə çıxaraq "Hicab hüququmdur!" şüarları ilə yürüş keçirib.
Milli.Az European-a istinadən bildirir ki, onlar Bosniyanın Ali Məhkəmə Şurasının qərarına etiraz ediblər. Qərara görə, ölkə məhkəmələrində dini simvollar, o cümlədən hicab yasaqlanıb.
Halbuki dünyaca məşhur qadınlar var ki, hicab populyarlığına mane olmayıb. Əksinə, daha da məşhurlaşdırıb, nüfuzlu edib.
Belə hicablı xanımlar arasında Əfqanıstanın ilk qadın hərbi pilotu Nilufər Rəhmani, pakistanlı Məlala Yüsufzay, amerikalı qılıncoynadan İbtihac Məhəmməd, ilk hicablı balerina olmaq istəyən 14 yaşlı avstraliyalı Stefani Kurlou, əfqan müğənni Sonita Əlizadə, Küveytdə yaşayan İnstagram ulduzu və bloqer Dəlal əl Doub, indoneziyalı modelyer Dian Pelangi, 15 yaşlı amerikalı boksçu Əmayya Zəfər, iranlı aktrisa Sədəf Tahirian var.
Nigeriyalı Hənifə Adəm isə məşhur Barbi kuklalarının hicablı versiyalarını hazırlayaraq onları "Hicarbi" (Hijarbie) adlandırıb.
Milli.Az








