Azərbaycanda avtobus sərnişin daşımaları ilə bağlı sürücülərə qoyulan tələblər dəyişdirilib.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanuna əsasən hazırda avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.
Dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, “D” kateqoriyası üzrə 22 yaş həddi qoymaq məntiqli görünmür, çünki avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübənin beş ildən az olmaması şərti qoyulur:
“Ona görə də yaş həddi 23 yaşa qaldırılmalıdır, bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanla müzakirə aparılmalıdır”.
YAP icra katibinin müavini Siyavuş Novruzov Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinin fəaliyyətini tənqid edib:
“Guya intellektual idarəetmədir, işıqforda bir tərəfdə nəqliyyatın hərəkəti üçün 2 dəqiqə, digər tərəfə bir neçə dəqiqə verilir. Belə olmaz”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Yaşı 65-dən çox olan şəxslərin avtobus sürməsi qadağan edildi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Kadir İnanırdan qalan sərvət üzə çıxdı - 1 milyardlıq miras
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Yasamalda avtomobildən oğurluq oldu
Bu gün
·
11:33
Bakıda 10 min manatlıq naqil oğurlayan şəxs tutuldu
Bu gün
·
11:29
İnvestisiya forumunda sənədlər mübadilə edildi - FOTO
Bu gün
·
11:23
Alonsodan Bakı yarışı öncəsi: “Əsas odur ki, bolidi qəzaya uğratmayaq”
Bu gün
·
11:21
Odlar yurdu dünən Keti Perrinin ritmləri ilə alovlandı
Bu gün
·
11:18
Azərbaycan Qran-prisində ikinci əsas yarış başladı
Bu gün
·
11:15
"Azərbaycanda mədən sənayesi sahəsində böyük imkanlar var" - Qvineyalı nümayəndə
Bu gün
·
11:11
Yardımlıda 16 kiloqram narkotik aşkarlandı
Bu gün
·
11:09
Ərdoğanın müttəfiqi seçkilərdə ona rəqib olacaq - FOTO
Bu gün
·
11:05
Azərbaycan nefti ucuzlaşdı
Bu gün
·
10:59
"Tikinti sahəsində xarici şirkətlərə imkanlar yaradıla bilər"- Çexiyalı nümayəndə
Bu gün
·
10:40
Axtarışda olan 198 nəfər saxlanılıb
Bu gün
·
10:39
Cinayət törədən 57 nəfər saxlanılıb
Bu gün
·
10:10
“Şaftalı” yükündə marixuana aşkarlandı - FOTO
Bu gün
·
10:05
Prezident beynəlxalq forumda iştirak etdi - YENİLƏNİB
Bu gün
·
09:56