Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müğənnilər 50 yaşlı hindli milyonçu Sancay Hinduca ilə dizayner Ana Mahtaninin toyunda iştirak ediblər. Məclis Udaypur şəhərində ən bahalı otellərdən birində baş tutub.
Üç gün davam edən toya Sancay 15 milyon dollar xərc çəkib. Gecəyə Hindistanın ən məşhur simaları, xaricdən ziyalılar qatılıb. Toy günü şəhərin hava limanına 200-dən çox özəl təyyarə enib. 16 mindən çox qonağın yer aldığı məclisdə dünyanın 16 ölkəsinin milli xörəkləri təqdim edilib.
Cey Lo və Nikol Şerzingerlə yanaşı toyda Bollivud ulduzları Arcun Kapur, Ceki Şroff da səhnəyə çıxıb. Xəbərlərdə Lopesin toy üçün 650 min, Şerzingerin isə 375 min dollar qonorar aldığı yazılıb.


