“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Akademik Opera və Balet Teatrının mətbuat xidməti yayıb.
Festival çərçivəsində türkdilli dövlətlərin vokalçıları fevralın 19 və 20-də Sarayevoda, fevralın 22-də isə Belqradda çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına TÜRKSOY-un baş katibi D.Kaseinovun imzası ilə daxil olmuş məktubda teatrın gənc solisti Çinarə Şirin bu festivalda iştirak etmək üçün dəvət olunub.
2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin repertuarda olan bir sıra tamaşalarda – “Aida” (Aida), “Toska” (Toska), “Karmen” (Karmen), “Payatsı” (Nedda), “Sevil” (Dilbər) və s. aparıcı partiyaları ifa edir.
Festivalda azərbaycanlı solist K.Sen-Sansın “Samsun və Dalila” operasından Dalilanın ariyasını, J.Bizenin “Karmen” operasından Xabaneranı, eyni zamanda “Sevil” operasından Dilbərin ariyasını və Niyazinin “Arzu” romansını ifa edəcək.
