Bakı, 15 fevral, AzərTAc
“Laureus World Sports Award” ilin idman “Oskar”ına namizədlərin adlarını açıqlayıb.
AzərTAc xəbər verir ki, ilin ən yaxşı idmançısı nominasiyasında Kriştiano Ronaldo, Lyuis Hamilton, Ren Lavilleni, Rori Makilroy və Mark Markez yer alıb. İlin yaxşı qadın idmançısı mükafatı uğrunda isə Genzebe Dibaba, Valeri Adams, Marit Byorqen, Tina Maze, Li Na və Serena Uilyams mübarizə aparacaq.
İlin ən yaxşı komandası adına namizədlər də məlumdur. Siyahıya futbol üzrə Almaniya yığması, “Mersedes” komandası, “Real Madrid”, “San Antonio Spörs” klubları və tennis üzrə kişilərdən ibarət İsveçrə millisi daxil edilib.
Mükafatlandırma mərasimi aprelin 15-də Çində keçiriləcək.
Qeyd edək ki, bu mükafat 1999-cu ildə təsis olunub. Məhşur isveçrəli tennisçi Rodjer Federer “Laureus World Sports Award” tarixində bu mükafatı dörd dəfə qazanan yeganə idmançıdır.