Türkiyənin "Fənərbağça" klubu ilə Avropa Liqasının 1/16 final matçından sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli çəkilmiş futbolka nümayiş etdirən "Lokomotiv"in futbolçusu Dmitri Tarasova qarşı iş açıb.

Mili.Az report-a istinadən bildirir ki, bu barədə Avropa futbol qurumu açıqlama yayıb.

"Oyunçular üzərində siyasi, dini, şəxsi açıqlamalar, habelə təsvir və ya loqotiplər olan geyim elementlərini nümayiş etdirməməlidirlər", - deyə məlumatda bildirilir.
28 yaşlı yarımmüdafiəçinin futbolkasında "Samıq vejlivıy prezident" ("Ən mərhəmətli prezident") yazılıb. Bunu qaydalara zidd sayan UEFA Tarasovla bağlı məsələyə martın 17-də baxacağını bildirib. Onun ən azı 10 oyunluq diskvalifikasiyaya məruz qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbağça" - "Lokomotiv" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Cavab görüşü fevralın 25-də Moskvada olacaq.

Milli.Az