Fevralın 23-də Nizami Kino Mərkəzində Gürcüstanın “K Production” kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş “Robinzon və 9 Cümə” bədii filminin təqdimatı keçiriləcək.
Axşam.az-ın məlumatına görə, təqdimatdan əvvəl mərkəzdə filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, indiyədək Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keti Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze və başqaları rol alıblar.