Ankarada baş verən terror hadisəsi ilə bağlı Azərbaycanın bir çox məşhurları öz instaqram səhifələrində zərərçəkənlərə və bütün türk xalqına başsağlığı veriblər.
Milli.Az anspress-ə istinadən bildirir ki, sosial şəbəkədə "#Ankara", #başımızsağolsun, #terorulanetleyiriz", #PrayforAnkara həştəqləri ilə yazılar, şəkillər paylaşılıb.
Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova: "Ankarada baş verən terroru lənətləyirik. Canımız Türkiyə. Biz sizinləyik" yazaraq başsağlığı verib.
Türkiyənin tanınmış ifaçısı Sibel Can "İnstaqram" səhifəsində təsirli yazıb:
"Yenə qan...
Yenə can getdi...
Dünyasını dəyişən qardaşlara Allah rəhmət eləsin.
Yaxınlarına Allah səbr və güc versin".
Ötən ilin Türkiyənin ən yaxşı müğənnisi Mustafa Ceceli: "Qaralan tək səhifəmiz deyil" yazıb. "Qalatasaray"ın alman futbolçusu Podolski də türk xalqına başsağlığı verib. Digər məşhurlar şərhsiz üzüldüklərini bildiriblər.
Milli.Az




