Fevralın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Rafiq Babayev adına 25 saylı 11 illik Musiqi Məktəbi şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti təşkil olunub.

Tədbiri açıq elan Azərbaycan Bəstəkarlar İttifaqınını sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu cür tədbirlərin sözü gedən məkanda təşkil olunmasının ənənə halı aldığını qeyd edib və bildirib ki, gənc nəslə qayğının göstərilməsi ABİ fəaliyyətinin ana xəttini təşkil edir.

Daha sonar çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova da gənc musiqiçilərə uğurlar arzulayıb. Sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları Rafiq Babayev adına 25 saylı 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin "Ey vətən" əsərinin, "Arşın mal malan" musiqili komediyasından "Üvertüra"nı, "Əsgərin ariyası"nı, "Sevgili canan" romansını, "Arşın mal malan" musiqili komediyasından Gülçöhrənin ariyasını dinləyiblər.

Konsertdə həmçinin məktəbin kiçik simfonik orkestrinin müşayiəti ilə "Koroğlu" operasının "Üvertüra"sı, "Aşıqsayağı", o cümlədən bəstəkar Vasif Allahverdiyevin "Qarabağ balladası" ifa olunub.

Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunub - FOTO
Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunub - FOTO
Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunub - FOTO
Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil olunub - FOTO