Qalmaqalları ilə gündəmdə olan "Kısmetse olur"un aparıcısı Seda Akgül şəxsi həyatı barədə bilinməyənləri danışıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 6 ayda 25 kiloqram arıqlayan aparıcı pəhrizini də açıqlayıb:
"6 aya 25 kiloqram arıqladım. Səhərlər ac qarına sadə qəhvə içirəm. Bu da metabolizmamı sürətləndirir. Sonra tost çörək yeyirəm. 5 saat ac qalıram. Gündə iki dəfə az-az günorta yeməyi yeyirəm Axşam isə ən yüngül şeyləri seçirəm. Mədəm dözə bilir, amma hər kəsə məsləhət verdiyim bir şey deyil".
O, bir ildir sevgi yaşadığını da etiraf edib:
"Ən qısa zamanda evlənəcəyik. Arıqlamağımın bununla əlaqəsi yoxdur. Onunla sevgili olanda ən kök vaxtlarım idi. İndiyə qədər çox toya getdim. Dünya qədər pul xərcləyirlər, 6 ay sonra boşanırlar. Mən bu saatdan sonra insanlara özümü göstərmək naminə nəsə etmərəm".
Seda toyunun necə olacağını belə təsvir edib:
"Ofisdə ərə gedəcəyəm. Vəkilimiz ya da bələdiyyə başçısı olan bir dostumuz iştirak edəcək. Gəlinlik də geyinməyəcəm. Gəlinlik qədər mənasız, insanı kök göstərən bir şey yoxdur".