Rusiya paytaxtı Moskvada Mavzoleydə Vladimir Leninin cəsədinə yeni kostyum geyindirəcəklər.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya mətbuatı yazır.

Bu və digər lazımı prosedurları yerinə yetirmək üçün mavzoley iki aylığına fevralın 16-dan aprelin 16-dək bağlı olacaq.

Lenini həmişə olduğu kimi biokimya mütəxəssisləri geyindirəcəklər. Kostyumun dəyişdirilməsi bir neçə il ərzində bir dəfə baş verir.

Qeyd edək ki, "proletariatın rəhbəri" Leninin cəsədi 1924-cü il yanvarın 21-də mumiyalanıb.

Lenin ziyarətçilərini yeni kostyumda qarşılayacaq (FOTO)
Mənbə
ANS PRESS