[ 17 Fevral 2015 03:09 ]
Bakı-APA. Kamerun ordusu ölkənin şimal bölgəsində "Boko Haram" qruplaşmasının 86 silahlısını məhv edib.
APA-nın Frans Press agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 5 kamerunlu hərbçi həlak olub.
Şiddətli döyüşlər Nigeriya ilə sərhəddə yerləşən Vaza regionunda baş verib.
Bundan əvvəl Nigerdə “Boko Haram” qruplaşması ilə əlaqədə şübhəli bilinən 160 nəfərin həbs edildiyi bildirilmişdi.