A–
Bakı, 29 fevral, Səxavət Quliyev, AZƏRTAC
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirməsinə dair anlaşma memorandumu imzalayıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.
AZERTAG.AZ :Könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb