A–
Bakı, 29 fevral, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (QKDK) "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 34.4-cü maddəsinə müvafiq olaraq "İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, bu qaydalar investisiya şirkəti tərəfindən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilən hesabatlara dair tələbləri, habelə onların komitəyə təqdim edilməsi qaydalarını müəyyənləşdirir. Hesabatlar özündə investisiya şirkətlərinin kapital adekvatlığı, maliyyə sabitliyi və keçirdiyi əməliyyatlar barədə məlumatları əks etdirir.
"İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları"na əsasən, hesabatlılıq mexanizminin tətbiq edilməsi bazarın tənzimlənməsi, risklərin aşkarlanması və qarşısının alınması, qiymətli kağızlar bazarının stimullaşdırılması və inkişaf tendensiyalarının müəyyən olunması üçün nəzərdə tutulur.
AZERTAG.AZ :"İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları" təsdiqlənib