Türkiyə superliqasında bu gün İstanbul derbisi baş tutub.

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, 23-cü turda "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Matç "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə Vitor Pereyranın komandası turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Qollar: Volkan Şen, 3 (1:0), Nani, 82 (2:0).

Milli.Az