A+
A–

Bakı, 1 mart, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunun tikintisi üzrə ümumi işlərin 54 faizi tamamlanıb. Hazırda zavodun inşasında 8 min 200 işçi çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib. K.Yavuz bildirib ki, bu vaxtadək 21 min ton poladın və 3 min 500 ton ağırlığında 78 ədəd əsas avadanlığın montajı tamamlanıb. Qarşıdakı 3 ayda isə 2 min 117 ədəd ümumilikdə 74 min ton ağırlığındakı avadanlığın 60 faizi sahələrdə qurulacaq.
Zavodun inşası proqram üzrə və büdcəyə uyğun müvəffəqiyyətlə davam etdirilir. 2018-ci ildə neft emalı zavodunda istehsala başlanıldığında “Star” Türkiyənin ən böyük 500 şirkəti arasına 2-ci sırada qərarlaşacaq.
Xatırladaq ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Azərbaycan SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
AZERTAG.AZ :Kənan Yavuz: “Star” neft emalı zavodunun inşasının 54 faizi tamamlanıb
Kənan Yavuz: “Star” neft emalı zavodunun inşasının 54 faizi tamamlanıb
Kənan Yavuz: “Star” neft emalı zavodunun inşasının 54 faizi tamamlanıb
Kənan Yavuz: “Star” neft emalı zavodunun inşasının 54 faizi tamamlanıb
Kənan Yavuz: “Star” neft emalı zavodunun inşasının 54 faizi tamamlanıb