A+
A–

Bakı, 1 mart, Ramiz Quliyev, AZƏRTAC
Martın 1-də İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı tərəfindən “Baku Glass 2016” Qafqaz və Xəzər dənizi ərazisində şüşə istehsalı və emalı üçün nəzərdə tutulmuş texnologiyalar və aksessuarlara həsr olunan sərgi–seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şüşə sənayesi sahəsində fəaliyyət göstərən 40-dan artıq beynəlxalq şirkətin sahibkar və menecerləri təmsil etdikləri qurumlarla bağlı texnoloji yenilikləri təqdim edirlər. Eyni zamanda, ilk dəfə olaraq GPD Baku adlı seminar (Şüşə nümayişi günləri) keçiriləcək.
“Baku Glass 2016” martın 2-dək davam edəcək.
AZERTAG.AZ :“Baku Glass 2016” sərgi-seminarda 40-dan artıq xarici şirkət iştirak edir
“Baku Glass 2016” sərgi-seminarda 40-dan artıq xarici şirkət iştirak edir