A+
A–

Bakı, 1 mart, AZƏRTAC
2015-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 18,6 milyon kubmetr qaz olub. Ötən il CQBK ilə bağlı fəaliyyətlərə təqribən 47,5 milyon dollar əməliyyat və 1,1 milyard dollar əsaslı xərclər sərf edilib.
Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Qeyd edək ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları: BP (operator – 28,8 faiz), AzCQBK (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), və TPAO (19 faiz).
AZERTAG.AZ :Ötən il Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 18,6 milyon kubmetr qaz olub