A–
Praqa, 2 mart, AZƏRTAC
Yanvarda artıq dalbadal üçüncü aydır ki, Avropada işsizliyin səviyyəsi aşağı düşür. Bu dəfə işsizliyin səviyyəsi 10,3 faiz düşüb və 2011-ci ilin avqust ayından etibarən ən aşağı səviyyədə olub. Bu barədə Avropanın statistika idarəsi “Eurostat” məlumat verib. Avropa İttifaqı çərçivəsində bu baxımdan ən yaxşı vəziyyət Almaniyada və Çex Respublikasındadır. Bu ölkələrdə işsizlik 2015-ci ilin noyabr ayından etibarən 4,5 faiz səviyyəsində qalıb. Avropanın ən iri iqtisadi dövləti olan Almaniyada işsizlik azalaraq 4,3 faizə düşüb. “Eurostat” agentliyi Çexiya Statistika İdarəsinin məlumatından istifadə edib. Bu məlumatlar Çexiya İşədüzəltmə İdarəsinin məlumatlarından fərqlənir. Həmin məlumatlara görə, Çex Respublikasında işsizliyin səviyyəsi yanvarda artaraq 6,4 faizə çatıb, 2015-ci ilin dekabrında isə 6,2 faiz təşkil edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
AZERTAG.AZ :Avropa İttifaqında işsizliyin ən aşağı səviyyəsi AFR və Çexiyadadır