Bakı, 17 fevral, AzərTAc
Ümumtəhsil məktəblərinin yeddinci siniflərində istifadə edilən “İngilis dili” dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilib.
Bildirilib ki, “İngilis dili” dərslik dəstinin elmi-metodiki monitorinqi başa çatıb. Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Müzakirədə səslənən fikir və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.