A+
A–

Bakı, 3 mart, AZƏRTAC
Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində Cənubi Afrika Beynəlxalq Balet Festivalı keçirilib.
Azərbaycanın CAR-dakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, iki ildən bir təşkil olunan festivalda ölkəmizi Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov təmsil edib və müsabiqənin yekununda mükafatçılar sırasında yer alıb.
Festivalda baleronumuzun ifasında ilk Azərbaycan baleti və müsəlman Şərqində ilk balet olan, musiqisi və librettosu Əfrasiyab Bədəlbəyliyə aid “Qız Qalası”, musiqisi Qara Qarayevə aid “Yeddi Gözəl” və Arif Məlikov tərəfindən bəstələnmiş “Məhəbbət əfsanəsi” baletlərindən parçalar nümayiş etdirilib.
Yarışda Azərbaycan baletlərindən parçalar milli baleronumuzla yanaşı, Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi və CAR-dakı səfirliyimizin təşkilati dəstəyi ilə fəaliyyət göstərən “Yurd” rəqs ansamblının solistlərindən olan Cənubi afrikalı Tatho Nkvenin ifasında da nümayiş etdirilib.
Qeyd edək ki, 16 ölkədən 70-dən çox balet ifaçısının qatıldığı festivalda ilk dəfə olaraq ölkəmiz təmsil olunub, milli musiqilərimiz səsləndirilib. Azərbaycan nümayəndələrinin iştirakı auditoriya və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.
Münsiflər heyətinin son dərəcə yüksək səviyyədə olması ilə seçilən builki festivalda iştirakçıların çıxışları Xuilo Bokka, Karolina İura, Valentina Kozlova və Bricit Lefevr kimi dünya şöhrətli balet ustaları tərəfindən qiymətləndirilib.
AZERTAG.AZ :Keyp-Taunda keçirilən Beynəlxalq Balet Festivalında Azərbaycan da təmsil olunub
Keyp-Taunda keçirilən Beynəlxalq Balet Festivalında Azərbaycan da təmsil olunub
Keyp-Taunda keçirilən Beynəlxalq Balet Festivalında Azərbaycan da təmsil olunub
Keyp-Taunda keçirilən Beynəlxalq Balet Festivalında Azərbaycan da təmsil olunub