Bir neçə gün əvvəl dünyasını dəyişən Sezen Aksunun anası Şehriban Yıldırımın vida mərasimi keçirilib. Cənazə namazı Hacı Ahmet Tatari Məscidində qılınıb. S.Aksunu bu çətin günündə sənət dostları İbrahim Tatlıses, Mustafa Ceceli, Sibel Can, Hülya Avşar, Erol Evgin və Bülent Ersoy tək qoymayıblar.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, mərasimdə müğənninin tələbələri sayılan Sertap Erener, Aşkın Nur Yengi və Levent Yükselin iştirak etməməsi Sezen Aksu sevənləri tərəfindən ona qarşı edilən vəfasızlıq kimi adlandırılıb.
Qeyd edək ki, müğənni Sertap Erener dəfn zamanı həyat yoldaşı ilə Nyu-Yorka getdiyi üçün dəfn mərasiminə qatıla bilməyib. Digər müğənnilər isə bu barədə heç bir açıqlama verməyib.
Milli.Az