Suriyadakı rejimin başçısı Bəşər Əsədə bağlı döyüş təyyarələrinin İdlib əyalətinin Əbu Zuhur rayonunu bombalaması nəticəsində 15 dinc sakin həyatını itirib, 40-ı isə yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mülki müdafiə qüvvələrinin məsul şəxsləri bildirib.
Məlumata görə, təyyarələr rayonun bazar yerləşən ərazisini bombalayıb.
Milli.Az