Yenicə valideyn olan İsveç şahzadəsi Daniel Vestlinqlə xanımı Viktoriya yeni doğulan oğulları, taxt-tac varisi Oskarın ilk fotosunu paylaşıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün oğlu martın 3-də dünyaya gəlib. Bu, Oskarın xəstəxanadan çıxdıqdan sonra üzünün göründüyü ilk fotosudur.

Qeyd edək ki, Daniellə Viktoriyanın 4 yaşlı Estel adlı qızı da var.

Şahzadənin yeni doğulan oğlunun ilk rəsmi fotosu