"Report" xəbər verir ki, "Bent" markalı neftin qiyməti dünən, martın 8-də 41,48 dollar/barelə çatıb və 2015-ci il dekabrın 9-dan etibarən ən yüksək həddə yüksəlib. Qeyd edək ki, bu, "Brent"in yanvarın 20-də satıldığı 27,1 dollar/barel qiymətindən 53% çoxdur. Hazırda isə bu markalı neft 39,8 dollar/barelə satılır və bu, martın 8-dəki maksimal səviyyədən 1,67 dollar/barel və ya 4% azdır.
"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri 35 dollar/barel səviyyəsinə qədər endikdən sonra yenidən yüksəlişini davam etdirəcək və 45-50 dollar/barel səviyyəsinə qədər yüksələcək. Daha sonra, ilin ikinci yarısından etibarən isə qiymətin yenidən 25-30 dollar/barel səviyyəsinə geri dönəcəyi ehtimal edilir.