A+
A–

Bakı, 9 mart, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yeni portalı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan ölkələrin razılığı ilə vahid portal ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda saytın funksionallığının artırılması planlaşdırılır. Bununla bağlı ABŞ-ın USAID təşkilatı ilə müzakirələr aparılıb və onların dəstəyi ilə Koordinasiya Şurasına müvafiq ekspert yardımı göstəriləcək.
AZERTAG.AZ :Koordinasiya Şurasının portalı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin vahid portalı ola bilər