Bakı. Elçin Hüseynov - Trend:

Rusiya İrana C-300 zenit-raket kompleksinin (ZRK) yeni modifikasiyasını - С-300 PMU-1 verəcək. Trend xəbər verir ki, bu barədə "Rostexnoloqii" dövlət şirkətinin başçısı Serqey Çemezov "Wall Street Journal" jurnalına müsahibəsində bildirib.

O deyib ki, İran tərəfi bu növ zenit-raket komplekslərinin alınmasında təkid edib.

S.Çemezovun sözlərinə görə, bundan sonra C-300 ZRK-nın ixracı və ümümiyyətlə, istehsalı dayandırıla bilər.

2007-ci ildə imzalanmış sazişə əsasən, Rusiya İranı qırx С-300 PMU-1 tipli ZRK ilə təhciz edəcək. Müqavilənin dəyəri 800 milyon dollar təşkil edir. BMT-nin Təhlükəsizlik Şürasının qətnaməsi, müqaviləni həyata keçirməyə qadağa qoydu. 2015-ci ildə isə Rusiya Prezidenti Vladimir Putin sərəncamı ilə qadağanı aradan götürdü.

Bizi Twitter-dən izləyin: @trend_az