Aktrisa Hülya Avşarın bacısı Helin Avşar Türkiyə mətbuatına açıqlama verib.
Milli.Az xəbər verir ki, 23 günlük sevgilisi olan Serhan Bora ilə ailə quran Helin Avşar "Şamdan" jurnalına müsahibə verib. O, qısa müddət ərzində ərə getməsi barədə danışıb:
"Zamanın qısa olub-olmaması əhəmiyyət daşımır. Çox adam tanıyıram ki, illərlə sevgilisi ilə birlikdə olur, lakin evləndikdən 1 ay sonra boşanır. Mən sevgilimi ərdə olan müddətdə tanımağa qərar vermişəm. Onu ilk dəfə görəndə "bu mənim ərim ola bilər" deyə düşünmüşəm. O da eyni hissləri keçirib".
Milli.Az