Tokio, 18 fevral, AzərTAc
Yaponiyanın Haçinohe şəhərində ənənəvi Enburi rəqs festivalı keçirilir. Artıq 800 ildir ki, təşkil edilən festivalda sakinlər bol məhsul üçün tanrılara dua edirlər. Yaponiya hökuməti həmin festivalı qeyri-maddi mədəni irs siyahısına daxil edib.
Festivalın ilk günündə at başına oxşayan papaq geymiş rəqqaslar üzərində zınqırovlar bərkidilmiş ağaclarla yerə döyərək torpağı yuxudan oyatmağa çalışıblar. Yeddi uğur tanrısının kostyumlarını geymiş uşaqlar isə maraqlı rəqslər ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

